19 Noyabr 2026, 19:55
FUTBOL
Bu gün Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. “Xankəndi” doğma şəhərdəki ilk oyununda “Karvan-Yevlax”ı qəbul edib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1-ci liqa
8-ci tur
19 noyabr
MOİK – “Səbail” – 0:0
Qırmızı vərəqə: E.Morqan, 75 (“Səbail”)
“Mingəçevir” – “Baku Sportinq” 1:0
Qol: S.Oqunmola, 16.
“Xankəndi” – “Karvan-Yevlax” 0:2
Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77.













