Bu maliyyə öhdəliklərinin əhəmiyyətli hissəsi Qleyzerlər ailəsinin 2005-ci ildə həyata keçirdiyi borc hesabına satınalma ilə bağlıdır.

“Mançester Yunayted”in maliyyə vəziyyəti ilə bağlı açıqlanan son hesabat İngiltərədə ciddi narahatlıq yaradıb. Matc.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, klubun ümumi borc və digər maliyyə öhdəlikləri 1,4 milyard dolları ötüb.
 
Uzunmüddətli borclar 731 milyon dollara çatıb. Klubun digər komandalar qarşısında futbolçu transferlərinə görə 421 milyon dollar öhdəliyi olduğu bildirilir.
 
Bundan başqa, kredit xətti üzrə faizlər də daxil olmaqla 262 milyon dollarlıq borc mövcuddur.
 
Klubun borclara xidmət xərcləri illik təxminən 76 milyon dollara yaxınlaşır.
 
Qeyd edək ki, bu maliyyə öhdəliklərinin əhəmiyyətli hissəsi Qleyzerlər ailəsinin 2005-ci ildə həyata keçirdiyi borc hesabına satınalma ilə bağlıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest