20 Noyabr 2026, 12:58
FUTBOL
Fransa Daxili İşlər Nazirliyi PSJ azarkeşlərinin “Nitsa” ilə oyunu izləmək üçün səfər etməsinə qadağa qoyub. Matc.az xəbər verir ki, qərar noyabrın 21-də keçiriləcək Liqa 1 qarşılaşmasına aiddir.
Qadağa Paris və ətrafından Nitsaya fərdi və qrup halında bütün nəqliyyat vasitələri ilə səfərləri əhatə edir.
Qərarın əvvəlki qarşıdurmalar və iki klubun azarkeşləri arasında mümkün yeni insidentlərin qarşısının alınması məqsədilə verildiyi bildirilir.













