Futbol üzrə Uruqvay millisinin və İspaniyanın "Atletiko" klubunun hücumçusu Luis Suares koronavirusdan sağalıb.
	Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
	Xəbərdə təcrübəli forvardın sonuncu COVİD-19 testinin neqativ çıxdığı diqqətə çatdırılıb. O, dekabrın 4-dən etibarən komanda ilə məşqlərə başlayacaq.
	Xatırladaq ki, Suares koronavirusa noyabrın 17-də Uruqvay yığmasının düşərgəsində olarkən yoluxmuşdu. Məhz bu üzdən o, UEFA çempionlar Liqasında "Lokomotiv" (0:0) və "Bavariya" (1:1), eləcə də İspaniya çempionatında "Barselona" (1:0) və "Valensiya" ilə oyunları buraxmalı olub.
				
         	
                                             
               
            
 










