"Barselona"nın futbolçusu Lionel Messinin yeni ünvanı bilinib.
 
Matc.az xəbər verir ki, argentinalı hücumçu Fransanın PSJ klubuna keçəcək.
 
Bu barədə "RMC Sport"un jurnalisti Daniel Riolo məlumat yayıb. O, Messinin yayda Paris klubuna keçəcəyini bildirib:
 
"Messi 2021-ci ilin yayında PSJ-də olacaq. Bu, zarafat deyil".
 
Messinin "Barselona" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Argentinalı futbolçunun yanvarda "Mançester Siti"yə keçəcəyi iddia olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest