"Qalatasaray"ın koronavirusa yoluxan futbolçuları sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Söhbət Ardan Turan, Rayan Babel, Yunes Belhanda və Okan Koçukdan gedir. Onların sonuncu koronavirus testi neqativ çıxdığı üçün məşqlərə başlayıblar. Babel sosial şəbəkə hesabında komanda yoldaşları ilə klubun bazasında məşq etdiklərini əks etdirən görüntüləri də paylaşıb. İki həftədən çox idi yaşıl meydanlardan kənar qalan oyunçuların Super Liqanın növbəti turu çərçivəsində baş tutacaq "Hatayspor"la matçda forma geyinib-geyinməyəcəyinə məşqçilər korpusu qərar verəcək.
 
"Qalatasaray"da koronavirusa yoluxmuş daha bir futbolçu Umar Elabdellaui isə hələ də karantindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest