"Bavariya"nın müdafiəçisi Mats Hummels klubunu dəyişmək fikrinə düşüb. Matç.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, ulduz futbolçu komandasındakı durumundan məmnun deyil.

Bu mövsüm bütün turnirlərdə ümumilikdə 15 oyun keçirən Almaniya millisinin üzvü Premyer Liqada çıxış edə bilər. Onun meneceri Mark Kosiçke transfer danışığı aparmaq üçün Londona yollanıb. Agentin orda "Çelsi" və "Tottenhem" rəhbərliyi ilə danışıq masası arxasında əyləşdiyi bildirilir. 30 yaşlı oyunçu yanvarda Bundesliqa çempionunu tərk etməyi planlaşdırır.

Qeyd edək ki, Mats Hummels "Bavariya"ya 2016-cı ildə Dortmund "Borussiya"sından keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest