Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Turun açılış matçında cari mövsümdə qələbəsi olmayan “Şeffild Yunayted” “Nyukasl”ı qəbul edib və minimal hesabla qalib gəlib. “Vulverhempton” da doğma meydanda “Everton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.
 
Bu gün həm də 1-ci turdan təxirə salınmış “Bernli” – “Mançester Yunayted” matçı baş tutub. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla qələbə qazanıblar.
 
Bu tur keçirilməli olan “Aston Villa” – “Tottenhem” matçı təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
 
1-ci turun oyunu

12 yanvar
 
Bernli – Mançester Yunayted 0:1
Qol: Poqba, 71.
 
18-ci tur
 
Şeffild Yunayted – Nyukasl 1:0
Qol: Şarp, 73-pen.
 
Vulverhempton – Everton 1:2
Qol: Neves, 14 – İvobi, 6. Kin, 77.
 
13 yanvar
 
22:00 Mançester Siti – Brayton
 
14 yanvar
 
00:00 Arsenal – Kristal Pelas
 
19 yanvar
 
22:00 Vest Hem – Vest Bromviç
00:15 Lester – Çelsi
 
20 yanvar
 
22:00 Lids – Sauthempton
00:15 Fulhem – Mançester Yunayted
 
21 yanvar
 
00:00 Liverpul – Bernli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest