 
 
		Azərbaycanda qış "transfer pəncərəsi" bağlanıb. Klublar yanvarın 10-dan ötən gecəyədək keçidləri rəsmiləşdirmək hüququna malik olublar. Bu müddət ərzində aktivliyi ilə ən çox diqqət çəkən "Səbail" və "Keşlə" klubları olub. "Qəbələ"də isə nə gələn olub, nə də gedən. Qış transfer dönəmində klubların heyətində baş verən bütün dəyişiklikləri təqdim edirik...
	
	"Neftçi"
	Gələnlər: Orxan Qurbanlı ("Səbail": icarədən qayıdıb), Ahmed Ahmedov (çSKA, Bolqarıstan)
	Gedənlər: Prins İbara ("Beerşot", Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt": icarə)
	Müqavilə müddətini uzadan: yoxdur
	"Qarabağ"
	Gələn: yoxdur
	Gedən: Musa Qurbanlı ("Zirə", icarə), Donald Gerye ("Apollon")
	Müqavilə müddətini uzadan: yoxdur
	"Zirə"
	Gələn: Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç ("Zlatibor"), Filipe Paxtman ("Lvov")
	Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sisey
	Müqavilə müddətini uzadan: yoxdur
	"Sumqayıt"
	Gələnlər: Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran), Höccət Haqverdi ("Peykan", İran), Dmitri Nağıyev
	Gedən: Kərəm Sultanov
	Müqavilə müddətini uzadan: yoxdur
	"Qəbələ"
	Gələn: yoxdur
	Gedən: yoxdur
	Müqavilə müddətini uzadan: yoxdur
	"Səbail"
	Gələn: Luka İmnadze ("Samtredia"), Milovan Petroviç ("Vardar"), Ali Sisey ("Zirə")
	Gedənlər: Arsen Ağcabəyov ("Sabah": icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı ("Neftçi": icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev
	Müqavilə müddətini uzadan: yoxdur
	"Keşlə"
	Gələnlər: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtrediya", Gürcüstan), Sadio Tounkara ("Narva Trans", Estoniya), Elvin Yunuszadə, Yevgeni Koçuk ("Sabah")
	Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots
	Müqavilə müddətini uzadan: yoxdur
	"Sabah"
	Gələnlər: Arsen Ağcabəyov ("Səbail": icarədən qayıdıb), Tiemoko Fofana ("İlves", Finlandiya: icarə), Bəxtiyar Həsənalızadə
	Gedənlər: Yevgeni Koçuk, Ozan Can Kökçü ("Telstar", Niderland: icarəyə), Ulisse Diallo, Nikola Vuyadinoviç
	Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov

 
             
 















