İtaliyanın "Torino" klubunun yeni baş məşqçisi bəlli olub.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Davide Nikola çalışdıracaq.
 
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb. O, bu postda Marko Campaolonu əvəzləyib.
 
Qeyd edək ki, "Torino" A Seriyasında 18 oyundan sonra 13 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest