Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli hücumçu Mustafa Əl Kabiri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə “Rizəspor”dan ayrılan 32 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Əl Kabir Türkiyədə “Gənclərbirliyi”, “Antalyaspor”, “Ankaragücü” klublarının da formasını geyinib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest