Mövsümün ikinci dövrəsinə hazırlığı davam etdirən “Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib. 
 
Matc.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçilər Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər üç futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest