22 Fevral 2021, 23:33
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
	Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.
	Onun sözlərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, 25 fevral tarixində baş tutacaq qarşılaşmaların hamısından öncə 1 dəqiqəlik sükut elan ediləcək. 
	Qeyd edək ki, XVII turun dörd matçının hamısı Xocalı faciəsinin ildönümündən bir gün əvvələ təsadüf edəcək. Həmin gün "Qəbələ" – "Sumqayıt" (15:00), "Zirə" – "Neftçi" (16:00), "Sabah" – "Keşlə" (17:30) və "Qarabağ" – "Səbail" (18:30) matçları keçiriləcək.
				
         	
                                             
               
 
             
 



_1761922707.jpg)


_1761919595.jpg)



_1761913751.jpg)




