Güləş üzrə Kiyev turnirinə start verilib.
 
Matc.az xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə qoşulub.
 
Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Mahir Əmiraslanov debütdə ukraynalı həmkarına sonuncu xal prinsipinə əsasən qalib gəlib. Mübarizəyə 1/8 finaldan qoşulan İslam Bazarqanov gürcü pəhləvanla qarşılaşmanın son saniyəsində qələbəni əldən verib. Əmiraslanov isə bu mərhələdə özbək güləşçiyə yenilib.
 
Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna yunan rəqibinin xalça üzərinə çıxmaması səbəb olub. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb. Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb. Əli daha sonra yerli pəhləvana minimal fərqlə qalib gəlib. 1/4 finalda Turan ABŞ, Əli isə Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Bayramov finalın bir addımlığında qırğız güləşçiyə məğlub olub. Əvəzində Moldova təmsilçisinə gücünü göstərən Rəhimzadə finala yüksəlib.
Əşrəf Aşırov ilk görüşdə gürcü rəqibindən üstün olub. Ancaq daha sonra İran güləşçisinə uduzub.
 
İslam İlyasov ilk mərhələdə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa da, təcrübəli gürcü həmkarına məğlub olub.
Türkan Nəsirova debütdə türk rəqibindən güclü olub. Həmyerlimiz Belarus təmsilçisini də çətinlik çəkmədən yenərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Polşa idmançısına minimal fərqlə uduzub.
 
Mübarizəyə 1/4 finaldan qoşulan İrina Netreba belaruslu rəqibini devirərək yarımfinala adlayıb. Ancaq növbəti görüşdə Kanada idmançısına uduzub.
 
76 kq-dakı təmsilçilərimiz elə ilk görüşdə üz-üzə gəlib. Gözəl Zutova Səbirə Əliyevanı məğlub edib. Ancaq daha sonra Belarus güləşçisinə müqavimət göstərə bilməyib.
 
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları bu gün - fevralın 27-də keçiriləcək.
 
Sərbəst güləş
 
57 kq
1/16 final: Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus) 1:2
1/16 final: Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna) *2:2
1/8 final: İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan) 12:14
1/8 final: Mahir Əmiraslanov - Mahmudcan Şövkətov (Özbəkistan) 1:3
 
65 kq
Təsnifat: Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) +:-
1/16 final: Turan Bayramov – Qor Ohannesyan (Ukrayna) 5:4 (tuşe)
1/16 final: Əli Rəhimzadə - Alibek Osmanov (Qırğızıstan) 12:2
1/8 final: Turan Bayramov - Andre Bekrenyov (Belarus) 11:0
1/8 final: Əli Rəhimzadə - Vasili Şuptar (Ukrayna) 5:4
1/4 final: Turan Bayramov - Jozef Makenna (ABŞ) 5:1
1/4 final: Əli Rəhimzadə - Şota Fartenadze (Gürcüstan) *3:3
1/2 final: Turan Bayramov - Ernazar Axmataliyev (Qırğızıstan) 7:13
1/2 final: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) 5:3
Bürünc medal görüşü: Turan Bayramov
Final: Əli Rəhimzadə - Ernazar Axmataliyev (Qırğızıstan)
 
74 kq
1/16 final: Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan) 2:0
1/8 final: Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpey (İran) 0:5
Təsəlliverici görüş: Əşrəf Aşırov - İshak Buxors (Əlcəzair)
 
97 kq
Təsnifat: İslam İlyasov – Timofey Xenidis (Yunanıstan) 7:3
1/8 final: İslam İlyasov - Elisbar Odikadze (Gürcüstan) 1:12
 
Qadın güləşi
 
50 kq
1/8 final: Türkan Nəsirova – Aynur Erge (Türkiyə) 4:1
1/4 final: Türkan Nəsirova - Anastasiya Yanotava (Belarus) 10:2
1/2 final: Türkan Nəsirova - Anna Lukaşiak (Polşa) 1:2
Bürünc medal görüşü: Türkan Nəsirova 
 
68 kq
1/4 final: İrina Netreba – Nataliya Strjalka (Polşa) 5:3
1/2 final: İrina Netreba - Oliviya Di Bacco (Kanada)
Bürünc medal görüşü: İrina Netreba - Danute Domikaytite (Litva)
 
76 kq
1/8 final: Gözəl Zutova – Səbirə Əliyeva 10:2
1/4 final: Gözəl Zutova - Vasilisa Marzaliuk (Belarus) 2:7

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest