Futbol üzrə İtaliya A Seriyasında 24-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Ötən tur “Milan”ı darmadağın edən lider “İnter” bu dəfə “Cenoa”nı sınağa çəkib və yenə böyük hesabla qələbə qazanıb.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Milan” burada “Roma”nın qonağı olub və səfərdə 3 xala sevinib.
 
Bu tur keçirilməli olan “Torino” – “Sassuolo” matçı meydan sahiblərinin bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
İtaliya A Seriyası
24-cü tur
27 fevral
 
Spetsiya – Parma 2:2
Qol: Qrasi, 52; 72 – Karamo, 17. Hernani, 25.
 
Bolonya – Latsio 2:0
Qol: Mbaye, 19. Sansone, 64.
 
Verona – Yuventus 1:1
Qol: Barak, 77 – Ronaldo, 49.
 
28 fevral
 
Sampdoriya – Atalanta 0:2
Qol: Malinovski, 40. Qosens, 70.
 
Krotone – Kalyari 0:2
Qol: Pavoletti, 56. J.Pedro, 60-pen.
 
İnter – Cenoa 3:0
Qol: Lukaku, 1. Darmian, 69. A.Sançes, 77.
 
Udineze – Fiorentina 1:0
Qol: Nestorovski, 86.
 
Napoli – Benevento 2:0
Qol: Mertens, 34. Politano, 66.
 
Roma – Milan 1:2
Qol: Veretu, 50 – Kessye, 43-pen. Rebiç, 58.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest