Futbol üzrə Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Yan Regensburq” - “Verder” matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
Qarşılaşmanın təxirə salınmasına “Yan Regensburq”da koronavirusa yoluxma hallarının çoxalması səbəb olub. Belə ki, sözügedən komandada baş məşqçi Mersad Selimbeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb. Onlar karantinə alınıblar.
 
“Yan Regensburq” - “Verder” matçının nə vaxt keçiriləcəyinə hələ aydınlıq gəlməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest