Almaniyanın "Bavariya" klubu yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, 17 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Qeyd edək k i, Musiala bu mövsüm "Bavariya"nın heyətində 26 oyuna çıxıb, 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest