Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən taekvondo üzrə "Turkish Open" beynəlxalq turnirinin üçüncü yarış günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən taekvondo üzrə "Turkish Open" beynəlxalq turnirinin üçüncü yarış günü də Azərbaycan millisi üçün uğurlu alınıb.
 
Matc.az xəbər verir ki, öncəki günlərdə turnirin qalibi Milad Hərçəqani və gümüş medala sahib olan Radik İsayevin ardından Ayxan Tağızadə də fəxri kürsüyə qalxıb.
 
Yarışa 74 kq çəki dərəcəsində qatılan komandamızın üzvü, yarımfinala kimi inamla irəliləsə də, finala vəsiqə uğrunda döyüşdə ispan rəqibinə məğlub olub. Ayxan, yarışı bürünc medala başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest