Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
 
Matc.az xəbər verir ki, aprelin 21-23-də qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq.
 
Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
 
Qeyd edək ki, sabah Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva mübarizəyə start verəcək. Tatyana Varansovayla İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.
 
50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya)
 
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)
 
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)
 
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)
 
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest