Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
 
İlk gündə Eldəniz Əzizli, Taleh Məmmədov və Sənan Süleymanov xalça üzərinə çıxıb.
 
Dünya və Avropa çempionu olan Eldəniz ilk cəhdində Bolqarıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. 1/4 finalda dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşan güləşçimiz onu da mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya güləşçisiylə qarşılaşan Eldəniz hakimlərin müəmmalı qərarları fonunda rəqibinə məğlub olub. O, sabah bürünc medal uğrunda mübarizə aparacaq.
 
Taleh də startda bolqar rəqibindən güclü olub. 1/4 finalda Ermənistan güləşçisi ilə qarşılaşan Məmmədov, onu da mübarizədən kənarlaşdırıb. Latviya güləşçisinə də gücünü göstərən Taleh karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib.
 
Sənan isə ilk görüşündə Finlandiya təmsilçisinə heç bir şans verməyib. Növbəti mərhələdə Türkiyə güləşçisi ilə üz-üzə gələn Süleymanov, hesabda öndə olduğu bu görüşdən məğlubiyyətlə ayrılıb. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
 
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları aprelin 24-də keçiriləcək.
 
Avropa çempionatı
23 aprel
 
55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) 4:5
Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)
 
63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov - Qraçya Poqosyan (Ermənistan) *2:2
1/2 final: Taleh Məmmədov - Aleksandrs Jurkyans (Latviya) 7:1
Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya)
 
77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya) 10:0
1/4 final: Sənan Süleymanov - Yunus Əmrə Başar (Türkiyə) 5:8
Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest