Nüfuzlu turnirlərdə uğur qazanan Azərbaycan idmançıları sonradan sevimli peşələrindən ayrılırlar. Bəziləri biznesə girişir, bəziləri daha yaxşı vəzifələrə can atıb, özlərini cəmiyyətə fərqli insan kimi göstərmək istəyirlər. Halbuki, həmin idmançılara dövlət səviyyəsində kifayət qədər dəstək verilib. İndiyədək xeyli idmançı həm mükafat, həm də mənzillə təmin edilib.
 
Elə idmançılar da var ki, gününü sosial şəbəkələrdə "oturmaqla" keçirir. Məsələn, boks yığmamızın lideri sayılan Lorenso Sotomayor kimi.  Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu dəfə fərqli görünməyə çalışıb. Bir müddət öncə instaqramda canlı yayımda spirtli içki reklam edən Sotomayor ində də qadın paltarı geyinərək rəqs edir. Gənc xanımla əylənən, onu öpən milliləşdirilən idmançının hətta parikdən istifadə etdiyi, dodaqlarına pomada çəkdiyi də sezilir. 

Sotomayor bundan əvvəl daha bir qalmaqalla yadda qalmışdı. Onun ötən il ölkədə sərt karantin rejiminin elan olunduğu vaxt dəniz kənarında əyləncə təşkil edib, hətta spirtli içki məclisinin görüntüləri yayılmışdı. Kubalı idmançının yanında boks yığmamızın digər üzvü Alfonso Dominqes də var idi. Amma Sotomayor haqda indiyədək hansısa tədbir görülməyib. Görəsən, federasiya rəhbərliyi idmançıların bu hərəkətlərinə nə ad verir? 

Əməkdaşımız bununla bağlı Boks Federasiyasının baş katibi Nağı Səfərova müraciət edib. Baş katib matc.az saytına bildirib ki, Sotomayor haqda ölçü götürüləcək: "Təbii ki, xoşagəlməz haldı və federasiya bununla bağlı mütləq tədbir görəcək". 

Sotomayor isə görüntülərlə bağlı vurğulayıb ki, burada qəbahət nəsə yoxdu: "Pandemiyadı, əylənirəm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest