Bu gün Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Təsnifat Turniri bərpa olunub. Matc.az xəbər verir ki, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılan yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu rinqə çıxıb. Onların hər biri 1/4 final mərhələsinə vəsiqə uğrunda döyüşüblər.

Kişilər
1/8 final

69 kq

Lorenzo Sotomayor Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda belaruslu Aleksandr Radionov ilə döyüşəcək. Görüş iyunun 6-da olacaq. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

81 kq
Alfonso Dominqes Stefan Hrekul (Ukrayna) ilə görüşdə inamlı qələbəyə sevinib. Görüş 5:0 (29:28, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə Dominqesin xeyrinə bitib. O, 1/4 finalda rusiyalı İmam Xatayevlə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.


Qadınlar
1/8 final

57 kq
Məhsəti Həmzəyeva Aycan Güldağı (Türkiyə) ilə qarşılaşıb. Məğlub olan boksçumuz mübarizəni dayandırıb.

75 kq
Aynur Rzayeva da Yelizaveta Voyçik (Polşa) ilə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.

Qeyd edək ki, 5 gün davam edəcək Avropa Olimpiya Təsnifat Turnirində 7 boksçumuz mübarizəni davam etdirir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda Cavid çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) növbəti günlərdə yarışa qoşulacaqlar.

Boksçularımızın qüvvəsini sınadığı 63 kq çəki dərəcəsində 8, 69 kq, 81 kq, 57 kq-da 6, +91 kq və 75 kq-da 4 idmançı Oyunlarda iştirak hüququ qazanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest