Futbol üzrə İtaliya və İngiltərə yığmaları arasında keçiriləcək Avropa çempionatının final matçının hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, həlledici görüşü Niderlanddan olan FİFA referisi Byörn Kuypers idarə edəcək.
 
Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.
 
Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest