12 İyul 2021, 11:54
AVRO-2024
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin finalında İngiltərəni məğlub etdikləri oyundan sonra fikirlərini bidirib.
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Aç-2020-nin finalında İngiltərəni məğlub etdikləri oyundan sonra fikirlərini bidirib. Matc.az xəbər verir ki, italyan mütəxəssis qələbə qazandıqları matçı belə şərh edib:
"Oyunun əvvəlində qol buraxsaq da, yaxşı reaksiya göstərdik. Qələbəyə layiq idik. Xoşbəxtik, İtaliyada çempionluğu qeyd edəcəyik.
Möhtəşəm komandamız var. Final asan olmadı. Penaltilər seriyasında bəxtə ehtiyacımız var idi. İngilislər üçün məyusam. çox inkişaf ediblər və hələ də artıra bilərlər".
Aç-2020-nin final matçının əsas vaxtı heç-heçə bitib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya millisi Avropa çempionu olub.