Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
 
Hacı Kərimov dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/4 finalda Gürcüstan idmançısına uduzub.
 
Cavid Cavadov 1/8 finalda qazax həmkarıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Cavid təsəlliverici görüşə çıxacaq.
 
Ağanəzər Novruzov startda çexya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan Ağanəzər ümidini bürünc medala bağlayıb.
 
Səttərxan Allahverdili debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq 1/4 finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və Səttərxan üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb.
 
Azay İsmayılov ilk görüşdə Türkiyə idmançısına məğlub olub.
 
Bu çəkilərdə təsəlliverici və medal görüşləri iyulun 20-də keçiriləcək.
 
48 kq
1/8 final: Hacı Kərimov - Vitali Qonçar (Ukrayna) 7:1
1/4 final: Hacı Kərimov - Rezo Marsaqişvili (Gürcüstan) 0:10
 
55 kq
1/8 final: Cavid Cavadov - Abdinur Nurlanbek (Qazaxıstan) 0:10
Təsəlliverici görüş: Cavid Cavadov - Luka Qvinjilia (Gürcüstan)
 
65 kq
1/8 final: Ağanəzər Novruzov - Samuel Bistron (çexiya) 10:0
1/4 final: Ağanəzər Novruzov - Patrik Tot (Macarıstan) 10:0
1/2 final: Ağanəzər Novruzov - Meyer Şapiro (ABŞ) 0:10
Bürünc medal görüşü: Ağanəzər Novruzov - Timur Yusov (Ukrayna)/Xabib Zavurbekov (Rusiya)
 
80 kq
Təsnifat: Səttərxan Allahverdili - Denis Kirika (Rumıniya) 6:0 (tuşe)
1/8 final: Səttərxan Allahverdili - Murat Doğan (Türkiyə) 8:4
1/4 final: Səttərxan Allahverdili - Saqar Jaqlan (Hindistan) 4:12
Təsəlliverici görüş: Səttərxan Allahverdili - Radomir Stoyanov (Bolqarıstan)/Musa Arsunkayev (UWW)
 
110 kq
1/8 final: Azay İsmayılov - Hakan Büyükçınqıl (Türkiyə) 1:11

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest