Tokio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə qoşulanlar arasında Azərbaycan təmsilçisi  Alfonso Dominges (81 kq) də olub. 81 kq çəkidə qüvvəsini sınayan kubalı legioner 1/8 final mərhələsi çərçivəsində özbəkistanlı Dilşod Ruzmetovla qarşılaşıb. 
 
Hər üç raundda rəqibindən üstün olan legionerimiz növbəti mərhələyə yüksəlib - 4:1. 

O, 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq. 
 
 
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest