Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" - HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" - HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən görüşün məğlubu Konfrans Liqasının pley-off mərhələsinin püşkündə çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.
 
"Makkabi" (Hayfa, İsrail) – "HB Torshavn" (Farer adaları)
 
"Linfild" (Şimali İrlandiya) – "Fola" (Lüksemburq)
 
"Şemrok Rovers" (İrlandiya) – "Teuta" (Albaniya)
 
 "Riqa" (Latviya) – "Hibernians" (Malta)
 
"Priştina" (Kosovo) – "Bodo Qlimt" (Norveç)
 
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest