Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Polşa kubokunun 1/32 finalında “Suvalki”ni məğlub edib – 3:1. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu sözügedən oyunda komandasının sonuncu qolunun müəllifi olub.
 
Qarşılaşmada polşalı bir azarkeş “Səni sevirəm, Emreli” yazılmış pankart açıb. Bunu görən 24 yaşlı oyunçu matçdan sonra həmin fanata avtoqraf verib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest