Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Yunanıstan "Olimpiakos"unun hücumameylli yarımmüdafiəçisi Giorgos Masuras layiq görülüb.
 
27 yaşlı vinger Türkiyədə “Fənərbaxça”ya 3:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Avroliqada ikinci həftənin ən yaxşı oyunçusu adına Moskva “Spartak”ından (Rusiya) Kvinsi Promes, “Braqa”dan (Portuqaliya) Qaleno və Lion “Olimpik”indən (Fransa) Karl-Toko Ekambi də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest