Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə 6 qrup üzrə 14 matç baş tutub.

A qrupunda Azərbaycan millisi İrlandiya ilə ev oyununda darmadağına üzülüb. Lüksemburq isə Serbiyanı qəbul edib. üç gün sonra Azərbaycan yığmasını qəbul edəcək serblər səfərdə minimal hesabla qalib gəliblər.

B qrupunda Kosovo İsveçin, Yunanıstan isə Gürcüstanın qonağı olub. İsveç yığması darmadağınla qalib gəlibsə, yunanlar inamlı qələbəyə seviniblər.

İ qrupunun lideri İngiltərə Andorranı 5 cavabsız qolla yenib. Qrupda həmçinin Macarıstan – Albaniya görüşü qonaqların qələbəsiylə yekunlaşıb. Polşa yığması isə San Marinonu darmadağınla yola salıb.

Dç-2022-nin seçmə mərhələsi
7-ci tur
9 oktyabr

A qrupu

Azərbaycan – İrlandiya 0:3
Qol: K.Robinson, 7; 39. ç.Oqbene, 90.

Lüksemburq – Serbiya 0:1
Qol: Vlahoviç, 68.

Xal durumu: Serbiya – 14, Portuqaliya – 13, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.

B qrupu

İsveç – Kosovo 3:0
Qol: Forsberq, 29-pen. İsak, 62. Kayson, 79.

Gürcüstan – Yunanıstan 0:2
Qol: Bakasetas, 90. Pelkas, 90+5.

Xal durumu: İspaniya – 13, İsveç – 12, Yunanıstan – 9, Kosovo – 4, Gürcüstan – 1

C qrupu

Litva – Bolqarıstan 3:1
Qol: Lasitskas, 18. çernıx, 82; 84 – Despodov, 64.

İsveçrə – Şimali İrlandiya 2:0
Qol: Zuber, 45+3. Fassnaxt, 90+1.

Xal durumu: İtaliya 14, İsveçrə – 11, Şimali İrlandiya – 5, Bolqarıstan – 5, Litva – 3.

D qrupu

Qazaxıstan – Bosniya və Herseqovina 0:2
Qol: Prevlyak, 25; 66

Finlandiya – Ukrayna 1:2
Qol: Pukki, 29 – Yarmelonko, 4. Yaremçuk, 34.

Xal durumu: Fransa – 12, Ukrayna – 8, Bosniya və Herseqovina – 6, Finlandiya – 5, Qazaxıstan – 3.

F qrupu

Şotlandiya – İsrail 3:2
Qol: Makqinn, 29. Daykes, 57. Maktominay, 90+4 – Zahavi, 5. Dabbur, 32.

Farer adaları – Avstriya 0:2
Qol: Laymer, 26. Zabitser, 48.

Moldova – Danimarka 0:4
Qol: Olsen, 23. Kyaer, 34. Norqard, 399. Mehle, 44.

Xal durumu: Danimarka – 21, Şotlandiya – 14, İsrail – 10, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1

İ qrupu

Macarıstan – Albaniya 0:1
Qol: Broya, 80.

Polşa – San Marino 5:0
Qol: Sviderski, 10. Brolli, 20-öz qapısına. Kedziora, 50. Buksa, 84. Pyontek, 90+1.

Andorra – İngiltərə 0:5
Qol: çiluell, 17. Saka, 40. Abraham, 59. Uord-Prauz, 79. Qriliş, 86.

Xal durumu: İngiltərə – 19, Albaniya – 15, Polşa – 14, Macarıstan – 10, Anorra – 3, San Marino – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest