Futbol üzrə Almaniya milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyanı məğlub edib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 4:0 hesabıyla qələbə qazanan almanlar turnirin əsas mərhələsinə vəsiqə qazanan ilk komanda olub.
 
J qrupunda Şimali Makedoniya ilə yanaşı, Ermənistan, Rumıniya, İslandiya və Lixtenşteynlə mübarizə aparan Almaniya millisi 21 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest