Birləşmiş Ərəb Əmirliklərində olan "Krılya Sovetov" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxıb. Matç.az saytının məlumatına görə, Dubaydakı "Cebel-Ali" stadionundakı oyunda rəqib "Jilina" olub.

Slovakiya təmsilçisi ilə qarşılaşmada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 45 dəqiqə mübarizə aparıb. "Krılya Sovetov"un 11 nömrəli forvardı sabiq komandası ilə matça start heyətində daxil olub. Həmçinin heyətə yenicə cəlb edilən Azərbaycan əsilli Aleksandr Səmədov da birinci hissədə meydanda olub. Fasilədən sonra rusların məşqçilər korpusu heyəti tamamilə dəyişib.

Oyun isə samaralıların qələbəsi ilə nəticələnib - 1:0. Yeganə qola 54-cü dəqiqədə Pavel Yakovlev imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest