Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Köln "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
 
"Şalke II" bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest