“Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündü normal havada çalışdıq. Bu gün komandamın bəlkə də ağır olmağı bu səbəblərdəndi”. Matç.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.

Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirən TPL təmsilçisi Macarıstanın “Paksi” komandası ilə qarşılaşıb.

Minimalhesablı qələbə qazanan “Zirə”nin çalışdırıcısı oyunu belə şərh edib: “Bütün bunlara baxmayaraq, ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq. Ancaq bu gün futbolçularımızın ağır olmağını başa düşürəm. Yağışlı hava, palçıqlı meydança öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq. Heyətimizdə yeni futbolçular da olacaq. Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar”.

Qeyd edək ki, “Zirə” ilk hazırlıq oyununda Rumıniyanın "Voluntari” klubu ilə qarşılaşmış, 1:0 hesablı qələbə qazanmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest