UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib

UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner, irəli sürülən layihəni dəstəkləməyib:
 
“Belə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, bu layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm”.
 
FİFA dünya çempionatlarının keçirilmə müddətiylə bağlı qərarı ilin sonunda verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest