Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Rey Kennedi dünyasını dəyişib. Matc.az xəbər verir ki, 71 yaşında vəfat edən veteran yarımmüdafiəçi uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.
 
Kennedi karyerası ərzində “Arsenal”, “Liverpul”, “Hartpul” və “Suonsi Siti” kimi klubların formasını geyinib. O, "Liverpul"un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA kuboku (1976) və superkubokunu (1977) qazanıb.
 
1976-1980-ci illərdə millinin şərəfini qorumuş Kennedi İngiltərə yığmasında 18 oyuna çıxıb, 3 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest