Polşanın "Legiya" komandasının qış hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi sözügedən kollektiv təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.
Bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.
"Legiya" Polşa Ekstraklasasında 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.


_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)







_1763398168.jpg)