"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə klubun rəsmi yutub kanalına müsahibə verib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu maraqlı məqamlara toxunub.
- Harada doğulmusunuz?
- Ukraynada doğulmuşam. Amma əslim Azərbaycandan – Ucardandır.
- Hansı nömrəni seçdin və niyə?
- 97 nömrəni. çünki mənim 9 və 7 nömrələri xoşuma gəlir. Hiss edirəm ki, 97 nömrəni götürmək lazım idi ki, qollar vurum. Uğurlu olsun.
- "Qarabağ"da ilk günün. Səni nə təəccübləndirdi?
- Məni peşəkar yanaşma təəccübləndirdi. Yaxşı münasibətlə, xoş qarşıladılar, əla atmosfer var. Hər şey yüksək səviyyədədir. Futbol üçün hər şey var.
- "Qarabağ"a keçidini bir sözlə ifadə et...
- Gələcəyə doğru böyük addım.
- Səncə, izlədiyin ən gözəl qol hansı olub?
- İbrahimoviçin İsveç millisində vurduğu qol. Uzaq məsafədən başı üzərindən akrobatik zərbə ilə fərqlənmişdi. Qapıçı önə çıxmışdı, top uzaq məsafədən boş qapıya getdi.
- Ronaldo, yoxsa Messi?
- Cavab vermək çətindir. Mən Ronaldonu daha çox bəyənirəm. Amma Messinin daha yaxşı olduğunu deyənlərlə mübahisə etməyəcəyəm.
- Azərbaycan, yoxsa Ukrayna mətbəxi?
- Mətbəx? Əlbəttə, Azərbaycan mətbəxi.
- Həyatının ən gözəl günü hansıdır?
- Bilmirəm... Yəqin ki, doğulduğum gün.
- Səni uşaqlıqda necə çağırırdılar?
- Hər zaman adımla çağırıblar – Rüstəm. İndi əsasən hamı "Rus" deyə çağırır. Qısaca "Rus", vəssalam.
- Futbol olmasaydı, hansı idmanı seçərdin?
- çətindir. Mən bu haqda düşünmüşəm. Böyük ehtimalla kiber idman. "Counter strike" oyununa marağım az deyil.