Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, 16-cı tur çərçivəsində beş qarşılaşma baş tutub.
 
Yarışın lideri Braziliya Paraqvayı 4 cavabsız qolla darmadağın edib. Venesuela ilə görüşən Uruqvay da böyük hesabla qalib gəlib. Liderin əsas izləyicisi Argentina isə Kolumbiya üzərində çətin qələbəyə sevinib.
 
çili Boliviya üzərində çətin qələbə əldə edib. Peru səfərində xal itirən Ekvador mundiala vəsiqəni təxirə salıb.
 
Xatırladaq ki, Cənubi Amerikadan hələlik yalnız iki komanda – Braziliya və Argentina Qətər-2022-yə vəsiqəni təmin edib.
 
Dç-2022 seçmə mərhələsi
16-cı tur
1 fevral
 
Boliviya – çili – 2:3
Qol: Enumba, 37. Moreno, 88 – Sançes, 14; 85. Nunyes, 77.
 
Uruqvay – Venesuela – 4:1
Bentankur, 1. De Arraskaeta, 23. Kavani, 45. Suares, 53-pen – Martines, 65.
 
Argentina – Kolumbiya – 1:0
Qol: Martines, 29.
 
Braziliya – Paraqvay – 4:0
Qol: Rafinya, 28. Koutinyo, 62. Antoni, 86. Rodriqo, 88.
 
Peru – Ekvador – 1:1
Qol: Flores, 68 – Estrada, 2.
 
Xal durumu: Braziliya – 39, Argentina – 35, Ekvador – 25, Peru – 21, Uruqvay – 19, çili – 19, Kolumbiya – 17, Boliviya – 15, Paraqvay – 13, Venesuela – 10.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest