Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri başa çatıb. Matc.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin 2 üzvü də qüvvəsini sınayıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Torreslə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Komandamızın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda büdrəyib və Naomi Qraham (ABŞ) həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Nəticədə hər iki boksçumuz 70-ci dəfə təşkil edilən yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışın final görüşləri sabah olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest