Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA 1/16 final mərhələsinin cavab oyunlarından sonra 4 iddiaçını müəyyənləşdirib.

Bunlar Serdar Azmun (“Zenit”), Patson Daka (“Zalsburq”), Pablo Sarabia (“Sevilya”) və Kallum Hadson-Odoidi (“Çelsi”).

Ən yaxşı futbolçu azarkeşlər arasında səsvermə ilə bəlli olacaq. Qalibin adı səsvermə başa çatdıqdan sonra açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest