"çelsi"nin müdafiəçisi Ris Ceyms Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oynamayacaq. Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Ceyms UEFA çempionlar Liqasında "Milan"la oyunda (2:0) dizindən zədə alıb.
 
Baş məşqçi Qaret Sautqeytin Ceymsin sağlamlığını riskə atmamaq üçün bu qərarı verdiyi bildirilir.
 
Müdafiəçi bu mövsüm London klubunda 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest