03 Dekabr 2022, 10:51
                
                
                
                                DÇ-2026 
                                
                
               
              
				  
 
	Futbol üzrə Qana millisinin baş məşqçisi Otto Addo istefa verib. Matc.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
	47 yaşlı mütəxəssis yığmanın Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşmasından sonra vəzifəsindən ayrılıb.
	Afrika təmsilçisi H qrupunu 3 xalla sonuncu pillədə başa vuraraq, mundialda mübarizəni dayandırıb.
	Otto Addo bu ilin fevralından Qana seçməsinə rəhbərlik edirdi.
				
         	
                                             
               
 
             
 















