Təbrizin "Traktor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Kurban Berdıyevin istefasından sonra başsız qalan Cənubi Azərbaycan təmsilçisi ispan mütəxəssisə tapşırılıb.

Təbrizin "Traktor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Kurban Berdıyevin istefasından sonra başsız qalan Cənubi Azərbaycan təmsilçisi ispan mütəxəssisə tapşırılıb.
 
Sözügedən komandanı bundan sonra Pako Xemes çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat verib. Yeni baş məşqçinin həftə sonu Təbrizə gələrək müqaviləyə imza atacağı diqqətə çatdırılıb. Sözləşmənin detalları açıqlanmayıb.
 
52 yaşlı mütəxəssis karyerası ərzində "İbisa", "Rayo Valyekano", "Las Palmas", "Krus Asul", "Qranada", "Kordoba", "Kartaxena" kimi klublarda baş məşqçi kimi çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest