"Yeni kluba gələndə, həmişə tarix yazmağı xəyal edirsən. Xüsusilə, bu klubun böyüklüyünü görəndə". Matc.az xəbər verir ki, bunu "Mançester Yunayted"in futbolçusu Kazemiro deyib. 
 
"Sky Sports"a danışan braziliyalı müdafiəçi Mançesterdə adaptasiya problemi olmayıb: "Komanda yoldaşlarım mənə çox kömək edirlər. İngilis dili çətin oldu, amma mən daha yaxşı öyrənmək üçün çox çalışıram. İlk gündən özümü burada evimdəki kimi hiss edirəm. "Mançester Yunayted"də çox rahatam. Mən burada 15 yaşlı uşaq kimi həzz alıram və buna  görə çox xoşbəxtəm! Amma ən əsası komandanın inkişafını görməkdir. Biz düzgün yoldayıq. Bu, kuboklar qazanmağa aparan yoldur, lakin biz böyüməyə davam etməliyik". 
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest