Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci turdan təxirə salınan "Neftçi" - "Xarı bülbül" oyunu keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma "Xarı bülbül" komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20. 

Turun və ilk dövrənin son matçından sonra "Murov" 9 xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn "Xarı bülbül" 6 xalla 2-ci, hesabında 3 xalı olan "Neftçi" 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.

Yüksək Liqa
2-ci turdan təxirə salınan oyun
31 yanvar

Neftçi - Xarı bülbül 0:3 (21:25, 23:25, 20:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest