Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Mərakeş milli komandasının vingeri Brahim Diasın transferi üçün "Real"a 25 milyon avro dəyərində rəsmi təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Səudiyyə klubunun marağı Diasın Madriddə kifayət qədər oyun vaxtı ala bilməməsi ilə bağlıdır.

Hazırda futbolçunun özü "Real"da qalmağa və heyətdəki yer uğrunda mübarizə aparmağa üstünlük verir.

Madrid təmsilçisi isə bu təklifi nəzərdən keçirməlidir. Diasın paytaxt klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Cari mövsümdə vinger "Real"ın heyətində bütün turnirlərdə cəmi 198 dəqiqə meydanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest