Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin başlayacağı tarix bəlli olub. Matc.az xəbər verir ki, 4-cü tur fevralın 2-də keçiriləcək.
 
Əvvəlcə meydana "Neftçi" və "Murov" komandaları çıxacaqlar. Bu qarşılaşma saat 16:00-da başlayacaq.
 
Günün növbəti matçı MOİK ilə "Xarı bülbül" klubları arasında olacaq. Bu duelə isə saat 18:00-da start veriləcək.
 
Görüşlər Voleybol Mərkəzində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest