"Barselona"nın futbolçusu Serxio Buskets zədələnib. Matc.az xəbər verir ki, o, La Liqanın son turu çərçivəsində "Sevilya"ya qarşı matçın 8-ci dəqiqəsində sıradan çıxıb.
 
Futbolçunun zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Yarımmüdafiəçinin sağalması üçün azı üç həftə vaxt lazım olacağı bildirilir.
 
Diaqnozun daha dəqiq müəyyənləşməsi üçün o, tibbi müayinədən keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest