Türkiyədə daha beş voleybolçu zəlzələ nəticəsində həlak olub. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Qurum "Malatya BBSK" komandasından Emincan Kocabaşın, "Adıyaman Gənclərbirliyi" komandasından Qamze Naz Cücük və Emine Arslanın, "Rasus Kimya Hatay" komandasından isə Ceren Akman və Elçin çınarın dağıntılar altında qaldığını təsdiqləyib. TVF vəfat edən idmançılara Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
 
Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində ən son məlumatlara görə, 20665 nəfər ölüb, 80088 nəfər isə xəsarət alıb.
 
TVF bu zəlzələ nəticəsində daha öncə "Set" klubunun voleybolçusu Naz Terzinin, "Malatya"nın oyunçuları Resul Gün, Görkem Can Gündüz, Tunahan Yıldız, Murat çiloğulları və Mehmet Can Ağırbaşın, "üzumdalı"nın formasını geyinən Bedir Terlik və Hasan Ekşinin, "Alpedo Kahramanmaraş" komandasının məşqçisi ümit Can Doğanın, həmçinin evli olan voleybolçu cütlük – Betül çoban çakır və Bedrettin çakırın da dünyasını dəyişdiyini açıqlamışdı. Bundan başqa, Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü də dağılmış bir oteldə həlak olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest